AZ

"Konsulluqda və səfirlikdə işləyənlər ciddi maliyyə problemləri ilə rastlaşırdılar" - Səməd Seyidov

"Uzun müddət beynəlxalq münasibətlər çərçivəsində konsulluqda, səfirlikdə işləyən əməkdaşlarımız ciddi maliyyə problemləri ilə rastlaşırdılar. Amma indi bu sistem tamamilə dəyişdirilib".

    Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

    O bildirib ki, maliyyələşmə problemlərinin böyük əksəriyyəti öz həllini tapıb: "Yeni sistem özündə maliyyələşmənin ildən-ilə artmasını ehtiva edir. Beynəlxalq əlaqələrlə bağlı büdcədə artım görürük, bu, sevindirici haldır. Biz Milli Məclisdə "Diplomatik xidmət haqqında" qanunu yenidən müzakirə edib, qəbul edəcəyik. Bu, yeniləşmiş maliyyə sisteminə böyük töhvə verəcək".

    Seçilən
    9
    1
    adalet.az

    2Mənbələr