AZ

Rayona qonaq gedən 3 yaşlı uşaq faciəvi şəkildə öldü

Bakıdan Neftçalaya qonaq gedən 3 yaşlı uşaq suda boğularaq ölüb.

Ölkə.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.

Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gedən Bakı şəhər sakini 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
35
olke.az

10Mənbələr