AZ

Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə hüquqi aktların rəsmi portalında deyilir.

 

Dövlət başçısı sentyabrın 25-də nüvə doktrinasına dəyişikliklər təklif edib.

 

Doktrinanın yenilənmiş variantı nüvə qarşısının alınmasının həyata keçirildiyi dövlətlərin və hərbi ittifaqların kateqoriyasını genişləndirir. Bundan əlavə, Moskvanın hücumu törədilmiş hesab edəcəyi əsaslar dəyişdirilib. Bu da öz növbəsində Kremlə nüvə reaksiyasına başlamaq üçün əsas verəcək.

 

Putinin nüvə doktrinasını yeniləmək təşəbbüsü Müdafiə Nazirliyi tərəfindən dəstəklənib. İdarənin rəisi Andrey Belousov hərbi-siyasi vəziyyətin dəyişməsi ilə bağlı görülən tədbirləri əsaslandırıb. Bu baxımdan proqram sənədləri yeni reallıqlara uyğunlaşdırılmalıdır, deyə o bildirib.

 

Nigar

 

Seçilən
6
oxu24.com

1Mənbələr