AZ

Rusiyada COVID-19-a yoluxma halları kəskin artıb

Rusiyada son bir həftədə COVID-19-a yoluxma halları 21,6% artıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.

Departament qeyd edib ki, ölkədə virusun dominant variantı “JN.1” xətti (Omicron yarımnövü) və onun alt xətləri KS.1*, JN.1.16.1* (FLiRT) olaraq qalır.

46-cı həftənin sonunda Rusiyada 25,4 mindən çox COVID-19-a yoluxma qeydə alınıb ki, bu da ötən həftə ilə müqayisədə 21,6% çoxdur. Departament rəsmiləri COVID-19-un yeni variantı - XEC ilə bağlı vəziyyəti nəzarətdə saxlamaqda davam edir.

QAZİLER.AZ

Seçilən
11
qaziler.az

1Mənbələr