AZ

Makron ABŞ-nin Ukraynanın Rusiyaya qarşı ATACMS zərbələrinə icazə verməsini dəstəkləyib

Fransa prezidenti Emmanuel Makron ABŞ-nin Ukraynaya Rusiya ərazisinin dərinliklərinə qədər uzaqmənzilli raketlərdən istifadə etməyə icazə vermək qərarını olduqca düzgün hesab edir.

Missiya.Az “Le Monde” qəzetinə istinadən xəbər verir ki, o, bunu ötən gün Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində deyib.

Makron bildirib ki, bu gün münaqişəni qızışdıran yeganə qüvvə nüvə proqramı ilə çox aqressiv dövlət olan Şimali Koreyanı öz tərəfinə çəkən Rusiyadır.

"Beləliklə, bu, həqiqətən də amerikalıların belə seçiminə səbəb olan bu müharibədə dönüş nöqtəsidir", - deyə siyasətçi vurğulayıb.

Fransa prezidenti həmçinin hesab edir ki, G20 sammitinin birgə bəyannaməsi Ukrayna münaqişəsi ilə bağlı daha aydın ifadə olunsaydı, fayda verərdi.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
10
missiya.az

1Mənbələr