AZ

G20 liderləri BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırıblar

G20 ölkələrinin liderləri BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması ideyasına tərəfdar olduqlarını bildiriblər.

Herbiand.az xəbər verir ki, bu barədə G20 liderlərinin Rio-de-Janeyroda keçirilən sammitinin yekun bəyannaməsində deyilir.

Sənəddə qeyd olunur ki, sammit iştirakçıları BMT Baş Assambleyasının “aparıcı məsləhətçi, qanunverici və nümayəndəli orqan” olaraq beynəlxalq sülhün qorunması məsələsində oynadığı rolun gücləndirilməsini zəruri hesab edirlər.

“Biz Təhlükəsizlik Şurasının XXI əsrin tələblərinə və reallıqlarına cavab verən, onu daha nümayəndəli, əhatəli, səmərəli, effektiv, demokratik və hesabatlı, habelə BMT-nin bütün üzvləri üçün daha şəffaf hala gətirəcək islahatını dəstəkləyirik”, - deyə bəyanatda vurğulanır. G20 liderləri Təhlükəsizlik Şurasının tərkibini Afrika, Asiya-Sakit okean regionu, Latın Amerikası və Karib hövzəsi ölkələrinin təmsilçiliyini artırmaq hesabına genişləndirməyə çağırıblar.

Beynəlxalq təşkilatın Baş katibi Antonio Quterreş də bundan əvvəl bildirmişdi ki, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini qəbul edir.

Seçilən
24
3
herbiand.az

4Mənbələr