AZ

“Daily Star” nəşri COP29-dan yazdı: Sonuncu şansımızdır…

Azərbaycanda keçirilən COP29 İqlim Konfransı bütün dünyada diqqətlə izlənilir. Tribunainfo.az xəbər verir ki, Bakıda keçirilən müzakirələrin ciddiliyi və əhəmiyyəti təkcə konfrans iştirakçılarını deyil, eləcə də dünyanın tanınmış iqlim mütəxəssilərini də ciddi şəkildə maraq dairəsindədir.
Artıq Qərb mediasına danışamağa başlayan iqlim üzrə mütəxəssislər Bakıda keçirilən COP29 tədbirinin dünya üçün sonuncu şans olduğunu dilə gətirməyə başlayıblar. Onlar bildirirlər ki, 2030-2050-ci ilə qədər prosesləri nəzarətdə saxlaya bilməsələr, dünyanı fəlakət gözləyəcək.
Dünyaca məşhur “DailyStar” qəzetinə açıqlama verən mütəxəssilər bildiriblər ki, əgər Bakıda zəruri olan qərarların qəbul edilməsinə nail ola bilməsələr, qlobal istiləşməni 1.5 dərəcə istilik həddində armasını saxlaya bilməyəcəklər. “Bakıda keçirilən COP29 konfransı bizim üçün sonuncu şansdır. Bu konfransın əhəmiyyətini anlamalıyıq. Təcili qərarlar alınmalı, tədbirlər görülməlidir”.
Açıqlama verən mütəxəssilər onu da deyiblər ki, bu şəkildə davam edərsə, qlobal istilik 2 dərəcəyə çatacaq. “Əgər qlobal istiləşmə 2 dərəcə artarsa, əkin sahələri hamısı məhv olacaq. Heyvanlar öləcək. dünyada çoxsaylı ölümlərə şahid olacağıq”.
Bu əsnada, Çikaqo Universiteti Enerji Siyasəti İnstitutu 2030-2050-ci illər üçün statistik nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, institut həmin illərdə hər il 250 min insanın qlobal istiləşmənin qurbanı olacağı və öləcəyini qeyd edib.

Seçilən
49
tribunainfo.az

1Mənbələr