AZ

Əmlakı leqallaşdırmaqda ittiham olunan şəxsə hökm

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan Eldar Şahgəldiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİAxəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib.

O, təqsirləndirilən şəxsin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, 67 yaşında olduğunu və müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini bildirərək hakimdən ən yüngül cəzanın verilməsini xahiş edib.

O, dəymiş ziyanın oğlu tərəfindən tam olaraq ödənildiyini bildirib.

Məhkəmənin hökmü ilə Eldar Şahgəldiyev 9 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Şahgəldiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tanınıb.

O, daha əvvəl Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 6 il 3 ay müddətində azadlıqdan məhrum edilib.

2020-ci ildə əvvəllər məhkum olunmuş Eldar Şahgəldiyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxta sənədlərlə maliyyə əməliyyatları aparan mütəşəkkil dəstənin üzvü kimi saxlanılıb. Eldar Şahgəldiyevin idarə etdiyi avtomobilə baxış zamanı 60-a yaxım firmaya məxsus möhür, sənədlər və çek kitabçaları aşkar olunaraq götürülüb. Tədbirin davamı olaraq Eldar Şahgəldiyevin saxta əməliyyatlar aparmaq üçün adlarına firmalar açdığı dəstənin digər üzvləri - oğlu Elnur Şahgəldiyev, tanışları Xəyal Quliyev və Oqtay Xudatov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Eldar Şahgəldiyev ifadəsində əvvəllər də eyni qanunazidd əməllər etdiyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.

Seçilən
32
5
sia.az

6Mənbələr