AZ

COP29 imkanlarından tərəfdaşlığı gücləndirmək üçün istifadə etmək lazımdır - Nazir müavini

Bakı. Trend:

COP29 imkanlarından tərəfdaşlığı gücləndirmək, zəruri resurslarısəfərbər etmək və effektiv həlləri həyata keçirmək üçün istifadəetmək lazımdır.

Trend xəbər verir ki, bunuMisirin kənd təsərrüfatı nazirinin müavini Adel Abdelazim "COP toCOP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinə nailolmağın açarı" mövzusunda keçirilən tədbirdə bildirib.

"Biz beynəlxalq donorları və maliyyə qurumlarını dayanıqlıaqrar-ərzaq sistemi üçün investisiyaları əhəmiyyətli dərəcədəartırmağa çağırırıq. Gəlin, COP29 imkanlarından istifadə edərəktərəfdaşlığımızı gücləndirək, lazımi resursları səfərbər edək vəeffektiv həlləri həyata keçirək. Aqrar-ərzaq sistemimizintransformasiyası ümumi qlobal məsuliyyətdir. İqlim böhranı sərhədtanımır, və bizim birgə həllərimiz də sərhəd tanımamalıdır.

Birlikdə cari və gələcək nəsillərin rifahını təmin edəcək iqliməuyğun kənd təsərrüfatı inqilabına liderlik edə bilərik. Mən hərbirinizi, ölkələrimiz üçün dayanıqlı gələcək yaratmaq üçün bizəqoşulmağa çağırıram", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
26
1
az.trend.az

2Mənbələr