AZ

Rusiya ATACMS-a nüvə zərbəsi ilə cavab verəcək?

Rusiya və onun müttəfiqi Belarusun suverenliyinə və ərazi bütövlüyünə kritik təhlükə Rusiya Federasiyasının nüvə silahından istifadəsinin əsasına çevrilir.

Axar.az xəbər verir ki, bu barədə bu gün Rusiya lideri Vladimir Putinin təsdiqlədiyi yenilənmiş nüvə doktirinasında bildirilir.

Yenilənmiş doktrinada əvvəlkindən fərqli olaraq, ölkənin təhlükəsizliyinə təhdid yaradan “adi raketlərə” qarşı da nüvə tətbiqinin mümkünlüyü açıq şəkildə ifadə olunub.

“Rusiya Federasiyası özünə və (və ya) müttəfiqlərinə qarşı nüvə və (və ya) digər kütləvi qırğın silahlarının istifadəsi, habelə İttifaq dövlətinin üzvləri kimi Rusiya Federasiyasına və (və ya) Belarus Respublikasına adi silahlardan istifadə etməklə onların suverenliyinə və (və ya) ərazi bütövlüyünə kritik təhlükə yaradaraq təcavüz zamanı nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır”, - yenilənmiş doktrinada göstərilib.

Qeyd edək ki, ABŞ 300 km mənzilli ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirməsi üçün Kiyevə icazə verib.

Seçilən
38
axar.az

1Mənbələr