AZ

Azərbaycanda əkizlərin sayı artır: Bunun səbəbi nədir?

Bu ilin yanvar- sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 77 min 172 doğulan körpə qeydə alıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

Bildirilib ki, doğulanlardan 102-si üçəm və 4-ü isə dördəmdir.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olub.

Məsələ ilə bağlı tanınmış ginekoloq Rəşad Sultan "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, əkizlərin sayınım çox olması əsasən süni mayalanma ilə əlaqədardır:

"Belə ki, əkiz hamiləlik ilə süni mayalanmada embrion transferi zamanı 3 rüşeym yerləşdirilir ki, heç olmasa, biri tutsun. Amma bəzi hallarda üçü də tutur, ikisi də.

Ona görə də 30 % hallarda çoxdöllü hamiləlik olur. Süni mayalanma olmasa, əkizlərin rastgəlmə tezliyi 1:80-dir. Yerdə qalanı isə sonsuzluq müalicəsindəndir".

Seçilən
14
cebheinfo.az

1Mənbələr