Müğənni Ledi Qaqa filmə çəkilir
Məşhur amerikalı müğənni Ledi Qaqa Addams ailəsindən bəhs edən "Çərşənbə" serialının ikinci mövsümündə rol alacaq.
Reyting.az xəbər verir ki, "Netflix"in təqdim etdiyi filmin davamı çəkilir və addamslardan bəhs edən yeni "Çərşənbə" serialında pop ulduz Ledi Qaqanın hansı obrazı canlandıracağı hələ məlum deyil.
"Variety" nəşrinin məlumatına görə, Ledi Qaqanın yəqin ki, filmin bir və yaxud bir neçə epizodunda çəkiləcək.
Yeni "Çərşənbə" filminin çəkiliş qrupu Qaqanı tam hüquqlu böyük bir rol oynamağa razı salmağa çalışıb, lakin ifaçı bundan imtina edib və elə bu səbəbdən də kino tamaşaçıları pop ulduzu serialda yalnız bir neçə dəfə görə biləcəklər.
Məlum olub ki, artıq İrlandiyada çəkilişlər aparılır. "Çərşənbə"filmindəki baş rolun ifaçısı Cenna Orteqa deyib ki, hətta "Netflix" də məşhur müğənninin serialdakı obrazına, görünüşünə müsbət münasibət bəslədiyinə əmin deyil.
Bu filmdə ənənəvi olaraq yenə aktyor heyəti dəyişməyib və növbəti mövsümün rejissoru əvvəlki kimi Tim Burton seçilib.
Ledi Qaqaya gəlincə, bu, onun kinoda ilk işi deyil. Pop ulduz bundan əvvəl "Coker 2" filmindəbaş rolu oynayıb. Üstəlik, o, aktrisa fəaliyyətinə və "Ulduz doğulur" filmindəki roluna görə “Oskar” mükafatına namizəd də olub.
Onu da qeyd edək ki, amerikalı bu pop ulduz "Qucci evi" filmində, həm də "Amerikanın dəhşətli hekayəsi" serialında da iştirak edib.
Oqtay QORÇU