AZ

Dövlət Departamentindən Rusiyanın vurulması ilə bağlı təsdiq: İcazəni o verib

ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı uzaqmənzilli zərbələrə icazə verib.

Musavat.com xəbər verir ki, bunu Braziliyanın “O Globo” qəzetinə müsahibəsində ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols deyib.

Onun sözlərinə görə, bu qərar Ukraynaya “özünü müdafiə etmək üçün daha çox imkanlar” verəcək və Vaşinqtonun fikrincə, Rusiyanı danışıqlara sövq edəcək.

Xatırladaq ki, Avropa İttifaqının diplomatik xidmət rəhbəri Cozep Borrell bildirib ki, ABŞ Ukraynaya 300 km-ə qədər məsafəni qət edə bilən raketlərdən Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib. Onun sözlərinə görə, bu məsələ Aİ-nin Xarici İşlər Nazirləri görüşündə müzakirə olunub.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr