AZ

"Bu qərar, Baydenin son ümidsiz addımıdır" - ABŞ-dən ümidini üzən Zelenskinin B planı NƏDİR?

"Tramp administrasiyası işinə başlamamış Bayden son xidmətini göstərərək Ukraynaya dəstək olacaq".

Bunu Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, əgər Donald Tramp yardımlar paketini dayandırsa bu, Ukrayna üçün çox çətin olacaq və Rusiya ilə danışıqlar masasına əyləşməyi seçəcək:

"Tramp administrasiyası yanvar ayında öz işinə başlayan kimi ABŞ-ın Ukraynaya yardımlarını sonlandıracaq. Buna görə də Bayden yanvar ayına kimi Ukrayana əlavə yardım paketi ayırmaq üçün əlindən gələni edəcək. Yəni vəzifədən getməzdən əvvəl Ukraynaya bacardığı qədər dəstək verməsi məqsədinə xidmət edəcəyini düşünürəm. ABŞ dövlət katibi Antoni Blinken də çərşənbə günü Brüsselə səfəri zamanı verdiyi açıqlamada prezident Baydenin hakimiyyətdə olduğu son bir neçə ayda Ukraynaya "mümkün qədər çox yardım" göndərəcəyini bildirib. Bu qərar, Baydenin son ümidsiz addımıdır desək yanılmarıq. Döyüş meydanında NATO ilə Rusiya arasında birbaşa qarşıdurma riskini artıra bilər. Düşünürəm ki, Ukraynanın hər bir hücumuna qarşı Rusiyanın hər zaman bir B planı mövcuddur. Ukraynanın istənilən taktiki gedişinə Rusiya cavab verəcək. Yalnız hər birimizə məlumdur ki, tərəflər sülh istəyir. Bunu Ukrayna prezidenti Vladimir Zelenski də bu yaxınlarda qatıldığı bir verlişdə "Ukrayna gələn il müharibəni hərbi güclə deyil, danışıqlar yolu ilə bitirmək üçün mümkün olan hər şeyi etməlidir" ifadələrindən istifadə edib. Əgər hərbi yardımı artırmaq əvəzinə daha strateji diplomatiya istifadə olunsaydı sülh sazişi daha əvvəl də əldə edilə bilərdi. Hər bir halda Tramp hakimiyyətinin işə başlamasını gözləmək və Trampın müharibəni dayandırmaq barəsində verdiyi vədi icra etməsini gözləmək lazımdır".

Xəyal Abdullayev
Milli.Az

Seçilən
15
50
milli.az

10Mənbələr