AZ

Mourinyu "Barselona"nın ulduzundan imtina etdi

"Barselona"nın hücumçusu Ansu Fati yanvarda "Fənərbağça"ya keçməyəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb. 

Mənbənin məlumatına görə, "Fənərbağça" 22 yaşlı futbolçunun yenidən zədələnməsi səbəbindən müqavilədən imtina etməli olub. Böyük ehtimalla, forvard "Barselona"da qalacaq. Halbuki, Türkiyə klubunun çalışdırıcısı Joze Mourinyu ispaniyalını qış transfer pəncərəsində dəvət etməkdə maraqlı idi. İstanbul nəhəngi onu icarəyə götürmək istəyirdi. 

Ansu Fatinin Kataloniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. "Transfermarkt" futbolçunun transfer dəyərini 15 milyon avro qiymətləndirir. 

Ansu bu mövsüm "Barselona"nın heyətində 7 matça çıxıb və heç nə ilə yadda qalmayıb. 

Mirağa

Seçilən
0
fanat.az

1Mənbələr