AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Msport.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIII turunda yaşananlara hüquqi qiymət verilib.
“Neftçi” və “Turan Tovuz” cərimələnib.
“Ağ-qaralar” “Şamaxı” ilə heç-heçə (2:2) etdikləri matçından sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.
Tovuz təmsilçisi isə “Səbail”lə bərabərə qaldıqları (1:1) oyunda azarkeşlərin meydana kənar əşya atması ucbatında eyni məbləğdə ziyana düşüb.