NATO hərbi infrastrukturu Rusiya sərhədlərinə yaxınlaşdıqca mövcud koalisiyaların yaradılması və ya genişləndirilməsi əsas hərbi təhlükələr sırasındadır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasında deyilir.
Noyabrın 19-da Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiq edib.
Sənəddə deyilir ki, Rusiyaya qarşı hücum təhdidlərinə çevrilə biləcək və aradan qaldırmaq üçün nüvə qarşısının alınmasından istifadə edilən əsas hərbi təhlükələr bunlardır: Qərbin hərbi infrastrukturu nəticəsində yeni hərbi koalisiyaların, blokların və ya ittifaqların yaradılması və ya genişlənməsi.