Bakı. Trend:
Bu il artıq 40 min şəxsə əlillik təyin olunub. Bunun yarısıilkin əlillikdir.
Trend xəbər verir ki, bunuMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək vəsosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasındaƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, reabilitasiya təyin olunan xəstələrdə əlillikmüddətli təyin olunur:
"Müddət bitəndə vətəndaşlar yenidən müraciət etməlidir.Vətəndaşlar yerlərdə tibb müəssisələrinə müraciət edirlər. Tibbmüəssisələri analizlər götürür, uyğun bilirsə, ona forma verir.Uyğun bilmirsə, vermir, yəni imtinanı tibb müəssisələri verir.Yerlərdə bizim nazirliyimiz əlilliklə bağlı qiymətləndirməaparmır.
Qanunla nəzərdə tutulmayan halda heç kimə əlillik təyin edilmir.Kimin haqqıdırsa, ona da əlillik təyinatı aparılır. 207 mindən çoxsaxta əlillik təyinatı ilə bağlı dövlət vəsaitini mənimsəməkfaktının qarşısı alınıb”.
Nazir qeyd edib ki, özünüməşğulluq proqramı son altı il ərzində5 dəfə artırılıb.
“Hər il 15-16 min ailəni bu proqram əhatə edir. Onun da yarısıİşsizlikdən Sığorta Fondu, yarısı da Dünya Bankının maliyyəsihesabına maliyyələşir. Növbəti il üçün 100 min ailəninözünüməşğulluq proqramına cəlbi nəzərdə tutulur. Bundan başqa, 16min şəhid ailəsinə mənzil, 7 mindən çox müharibə əlillərinə isəavtomobil təqdim olunub”, - nazir əlavə edib.
Peşə hazırlığı məsələsinə toxunan Sahil Babayev vurğulayıb ki,keçən il 9 min müdavim, bu il isə 15 min müdavim peşə hazırlığınacəlb olunub: “İxtisaslı peşə və sərişətli şəxslərin əmək bazarınacəlb olunması əsas məqsəddir. Biliyi olmayan və tələblərə cavabverməyən çoxlu sayda insan əmək bazarına daxil olur və onlarıntəkrar biliyə yiyələnməsi üçün lazımi addımlar atılır”.