AZ

Azərbaycanın cəmi maliyyə aktivləri 103 mlrd. manatı ötüb

Azərbaycanın cəmi maliyyə aktivləri 2024-cü ilin 1 iyul tarixində ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 103 milyard 272.4 mln. manat təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, 01.07.2024-cü il tarixinə xalis maliyyə aktivləri (XMA) isə 77 milyard 586,3 mln. manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyard 543,1 mln. manat azalıb. Xalis maliyyə aktivlərinin azalması öhdəliklərin əhəmiyyətli artımı ilə izah edilir. Belə ki, əsasən dövlət zəmanətinin dövlət borcuna çevrilməsi nəticəsində öhdəliklərdə 9 milyard 535,1 mln. manat artım qeydə alınmışdır ki, bu da maliyyə aktivlərində qeydə alınan 3 milyard 992 mln. manat artımı (tamamilə DNF üzrə olmaqla) üstələyib.

S/s

XMA hesablanarkən istifadə olunan komponentlər

01.07.2023

01.07.2024

1

Azərbaycan Respublikası Dövlət Neft Fondunin vəsaitinin qalığı

93355,3

98595,2

2

Vahid xəzinə hesabının qalığı

5849,3

4656,5

3

Azərbaycan Respublikasının adından bağlanılmış müqavilələrin öhdəlikləri üzrə xarici dövlətlər tərəfindən ödənilməli olan borc

4,7

2,9

4

Dövlət müəssisələrinin dövlət büdcəsi qarşısında öhdəliklərinə xidmət üzrə cari ilə düşən məbləğ

71,1

17,8

Cəmi maliyyə aktivləri

99280,4

103272,4

5

Daxili və xarici dövlət borcunun ümumi məbləği

16151,0

25686,1

Cəmi maliyyə öhdəlikləri

16151,0

25686,1

Xalis maliyyə aktivləri (1+2+3+4-5)

83129,4

77586,3

Palatadan bildirilib ki, büdcə ilə bağlı qərarların effektivliyi və analitik təsəvvürün yaranması baxımından XMA-nın ötən dövr üzrə deyil, cari ilin sonuna gözlənilən və növbəti il üçün proqnoz göstəricilərinin büdcə sənədləşməsinə daxil edilməsi zəruri hesab olunur.

Bundan əlavə, Hesablama Palatasının təhlilləri ilk növbədə XMA anlayışının əhatə etdiyi sektorun dəqiqləşdirilməsinin vacib olduğunu göstərir. Belə ki, bu göstərici dövlət (publik) sektoru, ümumi dövlət idarəetməsi (General goverment) və s. üzrə də hesablana bilər. Hazırda qanunvericilikdə verilmiş tərif bu anlayışın hansı sektoru əhatə etməsi ilə bağlı suallara cavab verməyə imkan yaratmır. Belə ki, bu anlayışa bir büdcədənkənar dövlət fondunun aktivləri (qalığı) daxil edilsə də, icmal büdcənin digər büdcədənkənar dövlət fondlarının qalığı aid edilməmişdir. Qeyd edək ki, XMA anlayışı “Büdcə sistemi haqqında” Qanuna 2018-ci ildə daxil edilmiş və bu anlayış ölkəmizdə tətbiq edilən ilk büdcə qaydası ilə bağlı olmuşdur. Xərclənə bilən neft gəlirlərinin hesablanması məhz XMA əsasında həyata keçirilirdi. Bu baxımdan XMA-ya daha çox icmal büdcə nöqteyi-nəzərindən baxılırdı.

Seçilən
28
apa.az

1Mənbələr