AZ

Norveç xarici işlər naziri: "İqlim dəyişikliyindən dolayı daşqınlara məruz qalırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Norveç daşqınlardan əziyyət çəkir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Norveç xarici işlər naziri Pol Gulleik Larsen deyib.
O qeyd edib ki, davamlı yağan güclü yağışların qarşısını almaq, insanları qorumaq üçün daha çox iş görmək lazımdır:
"Norveçdə əsas problem yağışların çox olması və onun yaratdığı fəsadlardır. Bizdə quraqlıq və zəlzələ yoxdur. Lakin iqlim dəyişikliyinin yaratdığı fəsaddan dolayı əvvəlkindən daha çox daşqınlara məruz qalırıq".
Nazir Norveçin zəngin ölkə olmasına baxmayaraq, çox az kənd təsərrüfatı torpaqlarına sahib olduğunu söyləyib:
"Bizim meşələrimiz var. Həm meşəyə, həm biomüxtəlifliyə, həm də kənd təsərrüfatı istehsalına diqqət yetirmək lazımdır".
Sonuncu dəfə 1987-ci ildə Bakıya gəldiyini qeyd edən nazir 37 il sonra yenidən burada olmaqdan zövq aldığını bildirib:
"Bakı 37 il əvvəl çox fərqli idi. Mən ən çox 37 il əvvəl gəldikdə getdiyim yerlərə baş çəkdim. Xəzər dənizini seyr etdim. Bakıda olduğum üçün çox xoşbəxtəm".
Aygün Mirakif
Seçilən
8
oxu.az

1Mənbələr