AZ

Çili prezidentindən Qəzzadakı humanitar böhranla bağlı ÇAĞIRIŞ

"Qəzzada humanitar böhranı həll etmək üçün təcili beynəlxalq tədbirlər görülməlidir".

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Zirvə toplantısında çıxışı zamanı Çili prezidenti Qabriel Boric deyib.  

O, Qəzza zolağında davam edən münaqişəyə toxunaraq, "Bu gün yaşadığımız və bizə dərindən təsir edən ağır humanitar böhran milyonlarla insanı müharibənin nəticələrinə məruz qoyur. 

Bərabərsizlik, miqrasiya və ərzaq təhlükəsizliyini həll etmək üçün kollektiv beynəlxalq səylərə ehtiyac var" sözlərini deyib.

Gülşən Şərif

Seçilən
12
bakivaxti.az

1Mənbələr