AZ

Hibrid müharibənin addım səsləri: Baltik dənizində iki sualtı kabel kəsildi

Hibrid müharibənin addım səsləri: Baltik dənizində iki sualtı kabel kəsildi

Baltik dənizində iki sualtı internet kabelinin zədələnməsi Rusiyanın qlobal infrastruktura müdaxilə ehtimalı ilə bağlı narahatlıqları artırıb. Litva ilə İsveç, Finlandiya və Almaniyanı birləşdirən rabitə kabeli kəsilib.Litvanın "Telia" şirkətindən verilən açıqlamaya görə, problemin avadanlığın nasazlığından deyil, fiber optik kabelin fiziki zədələnməsindən qaynaqlandığı müəyyən edilib.Eyni bölgədə Finlandiya və Almaniyanı birləşdirən "C-Lion" kabelində də fasilə yaranıb. "Cinia" şirkəti tərəfindən idarə olunan bu kabel Finlandiya ilə Mərkəzi Avropa arasında yeganə birbaşa əlaqədir.Təxminən 1200 kilometr uzunluğunda olan bu kabel həm də mühüm qaz kəmərləri və enerji xətləri ilə paralel marşruta malikdir.Finlandiya və Almaniyanın xarici işlər nazirləri fasilələrlə bağlı birgə bəyanatla çıxış edərək, hibrid müharibə ehtimalına diqqət çəkiblər. “Belə bir hadisənin qəsdən təxribat ehtimalını yada salması bugünkü dövrün nə qədər kövrək olduğunu göstərir”, - bəyanatda deyilir.ABŞ Rusiyanın sualtı kabelləri ətrafında artan hərbi aktivliyi aşkarladığını və bu cür kritik infrastrukturlara qarşı təxribat əməliyyatlarının aparılması ehtimalının artdığını bildirib.2023-cü ilin aprelində İsveç, Danimarka, Norveç və Finlandiyanın dövlət yayımçıları tərəfindən aparılan araşdırma Rusiyanın bölgədə casus gəmilərindən ibarət donanma işlətdiyini ortaya qoyub.Kesintilərdən sonra Litva və İsveçi birləşdirən kabelin operatoru "Arelion" İsveçin hərbi və mülki orqanları ilə əlaqə saxladığını açıqlayıb."C-Lion" kabelinin təmiri üçün bölgəyə gəmi göndərilib, lakin hava şəraitindən asılı olaraq prosesin bir neçə həftə çəkə biləcəyi açıqlanıb.Litva Dövlət Mediası İsveç-Litva kabelinin Litvanın internet tutumunun təxminən üçdə birini daşıdığını və kəsilmədən sonra tutumun bərpa edildiyini bildirib.Mənbə: CNN International

Seçilən
17
afn.az

1Mənbələr