AZ

Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: "Gördüm darvazanın ağzında..." – Şok

Şəmkir rayonunda 1978-ci il təvəllüdlü Təvəkkül şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Mehmanı (adlar şərti göstərilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətl hadisəsi ötən il iyulun 16-da Şəmkir rayonunun kəndlərindən birində baş verib.

Məlum olub ki, Təvəkkülün həmkəndlisi və şərikli alver etdiyi İntiqamın arvadı Afətlə sevgi münasibəti olub. Bu münasibətdən xəbər tutan qızın əmisi Mehman bir neçə dəfə Təvəkküllə mübahisə edib. Mübahisə günlərində isə Mehmanın Təvəkkülün üzərinə bir neçə dəfə maşın sürməsi, ona xəsarət yetirməsi iddia olunub.

Bütün bunlardan əsəbləşən Təvəkkül qisas almaq məqsədi ilə Mehmanı öldürmək qərarına gəlib. İyulun 16-da saat 16 radələrində qabaqcadan yaşadığı evinin mətbəxindən götürdüyü bıçaqla Mehmanın evinə gedib. Onu küçəyə çağırıb və həyətin giriş qapısının qarşısında onunla mübahisə edib. Daha sonra Mehmanın qarın nahiyəsinə zərbə endirib. Mehman aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Mehmangilin qohumları üç ildir onunla ədavət aparır: “Buna görə mən dəfələrlə Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciətlər etmişəm. Müraciətlərim qeydiyyata alınıb və yerli polisə göndərilib. Lakin Mehmangil nə edirdisə, mənim müraciətlərimə baxılmırdı.

Mehmanın qardaşı nəvəsi Afətin tərbiyəsi normal deyildi. Onun əri İntiqam isə mənim dostum olub və şərikli qarpız satmışıq”.

“Maşınını üzərimə sürdü”

Təqsirləndirilən şəxs qeyd edib ki, Mehmangil qardaşı nəvəsi Afətlə onun arasında münasibət olması barədə söz-söhbət çıxarıb, halbuki deyilənlər yalandır: “Afətin başqa şəxslərlə münasibəti vardı. Bu fakt da sübuta yetirilib. Həmin söz-söhbətə görə Afətin qardaşı Rasim qonşumuz Vasifin yas məclisində olarkən qəflətən qarşıma çıxaraq bıçaqla üz nahiyəmə xəsarət yetirdi.

Həmin gün axşam Mehman evimə gələrək şikayət edəcəyim halda uşaqlarımlaə birlikdə evimi yandırmaqla hədələdi. Mən də şikayət etmədim. Məcbur olub barışıq ərizəsi verdim. Bununla belə Mehman məni gördükdə bir neçə dəfə idarə etdiyi yük maşınını üzərimə sürdü”.

“Bəsdirin, məni vurdunuz”

Təvəkkülün ifadəsinə görə, sonuncu dəfə məhlədə işlədiyi zaman siqaret almaq üçün mağazaya gedəndə Mehman onu görüb: “İdarə etdiyi avtomobili yenə üzərimə sürdü. Mən özümü kənara atdım. Mehman isə “ə, çaqqal, səni öldürəcəm” deyərək getdi.

Mən oradan Mehmanın Sadiq adlı böyük qardaşının evinə getdim. Bu söz-söhbətə son qoymalı olduqlarını demək istədim. Lakin Sadiqi evdə tapmadım.

Geri qayıdarkən Mehmanın evinin yanından keçəndə, elə Mehmanın özünü çağırdım, “bəsdirin, məni vurdunuz, atamı xəstələndirib öldürdünüz, anamı döydünüz” dedim, bizdən nə istədiklərini soruşdum, söz-söhbətə son qoymalarını istədim.

Mehman qapıya gələn kimi əlini cibinə atdı. Onun cibində kirli bir bıçaq vardı. Bıçağı çıxararaq məni təhqir etməyə və üzərimə gəlməyə başladı. Məndə də siqaret almaq üçün mağazaya getməmişdən qabaq məhlədə işləyəndə xortum kəsdiyim mətbəx bıçağı vardı.

Mehmangil məni əvvəllər vurduqları üçün qorxdum və özümü qorumaq üçün bıçağı çıxardım, Mehmana üzərimə gəlməməsini, yoxsa vuracağımı dedim. O isə üzərimə gəlməyə davam etdi. Mən də Mehmanı öldürmək üçün yox, qorxutmaq üçün bədəninin aşağı nahiyəsinə bıçaqla vurdum”.

“Övladlarımla görüşdüm”

Təvəkkül bildirib ki, daha sonra Mehmanın qolundan tutaraq darvazalarından 5-6 metr içəri aparıb: “Həmin vaxt yanımızda heç kəs yox idi. Əgər öldürmək niyyətim olsaydı, Mehmana bir neçə bıçaq zərbəsi vurmaq imkanım vardı. Mən bunu etmədim, Mehmanı içəri aparandan sonra getdim.

Evimin yaxınlığına gələrək kənardan polislərin olduğunu gördüm və ailəmin təhlükəsizliyindən əmin olduqdan sonra uzaqlaşaraq Tovuz rayonuna getdim. Çünki bir nəfərdən pul alacağım vardı. Lakin həmin şəxsi tapa bilmədim. Oradan qayıdaraq övladlarımla görüşdüm. Bibim və onun uşaqları da yanımdaydılar. Onlar polisə xəbər verməyi məsləhət gördülər. Mən də razılaşaraq həmin qaydada etdim”.

“Mesaj sevgi məzmunlu idi”

Təqsirləndirilən şəxs bildirib ki, mərhum Mehmanla qohumluğu yoxdur: “Mən Afətin xoşagəlməz hərəkətləri barədə eşitsəm də, buna inanmamışam. İntiqamın öz telefonu olmadığı üçün arvadı Afətin telefonunu işlədirdi. Həmin telefon da mənim avtomobilimdə qalmışdı. Bu zaman Afətin telefonuna ard-arda zənglər və bir mesaj gəldi.
Mən mesajı açdım, mesaj sevgi məzmunluydu. İntiqamla ailəvi dostluğum olduğu üçün Afətin hərəkətləri barədə ərinə danışdım və ailəsinin dağılmasının qarşısını almaq istədim. İntiqam da mənə “yaxşı” dedi.

Daha sonra İntiqam mənə belə şeyin təkrarlanacağı halda xəbər verməyimi xahiş etdi. Bir müddət sonra İntiqamgilin darvazasının qarşısından keçəndə Afətin kiminləsə darvazanın kənarında telefonda danışdığını gördüm.

Afət darvazanın iç tərəfində olduğu üçün onun səsini eşitdim. Afəti güdmürdüm, sadəcə darvazalarının qarşısından keçəndə İntiqamın məndən xahişini yada salıb onu dinlədim.

Həmin vaxtı İntiqam qarpız satdığımız yerdəydi və növbəli şəkildə gecə qarpızın yanında qaldığlmızdan İntiqam axşam evə gəlməmişdi. Darvaza açıq olduğundan qəfildən içəri daxil olaraq telefonu aldım və Afətin kişi ilə danışdığını gördüm. Qulaq asdıqda həmin şəxsin bizim Sərxan adında qohumumuz olduğunu anladım. Sərxan da Afətin telefonunu əlindən alan şəxsin mən olduğumu bildi”.

“Avtomobili üzərimə sürməsini heç kim görməyib”

Təvəkkül qeyd edib ki, daha sonra Sərxanın ögey anası səs-küylə oraya gəlib, qonşular da səs-küyə yığışıb: “Afət Sərxanla dost kimi danışdığını bildirdi, mənim nə üçün bu işə qarışdığımı soruşdu. Mən də Afətin belə hərəkətlərini İntiqamla ailəvi dost olduğum üçün qəbul edə bilmədiyimi söylədim.

Məlum hadisədən əvvəl Afətin qardaşı Rasim məni bıçaqladı.

Rasim Rusiyada yaşayırdı və baş verənlər barədə kimin ona məlumat verdiyini bilmirəm. O, Rusiyadan təzə gəlmişdi. Həmin ərəfədə bu məsələ bağlanmışdı. Rasim bacısı ilə bağlı mənə heç nə demədən yas mərasimində bıçaqla üzümdən xəsarət yetirdi. Axşam isə Mehman gələrək yoldaşımın yanında şikayət edəcəyim halda ailəmlə birlikdə evimi yandıracağını dedi.

Rasim məni bıçaqlayandan sonra Mehman bir neçə dəfə Şiştəpədə idarə etdiyi avtomobili üzərimə sürdü. Hadisə baş verən gün də, saat 11-12 radələrində Mehman yenə məktəbin yanında üzərimə avtomobil sürdü. Özümü kənara atmasaydım, maşın məni vuracaqdı. Hava isti olduğundan həmin vaxtı küçədə heç kim yox idi. Mehmanın avtomobili üzərimə sürməsini heç kim görmədi”.

“Qorxduğum üçün heç kimi səsləmədim”

Təvəkkülün sözlərinə görə, hadisə günü Mehmanın özbaşınalığı ilə bağlı “102” xidmətinə məlumat verməyib, lakin əvvəllər bu barədə şikayətlər edib: “Şikayətlərim qeydə alınaraq Zəyəm polisinə göndərilmişdi. Təhqiqatçı izahatımı almaq üçün məni şöbəyə dəvət etmişdi. Lakin mən getmədim.

Hadisə günü mərhum Mehmanın qardaşı Sadiqin evinə bu özbaşınalıqlarına son qoymasını demək üçün yollanmışdım. Lakin Sadiqə bu barədə heç nə deməmişəm. Hadisə günü Mehman üzərimə avtomobil sürdükdən sonra evə qayıtmadım. Üst-başımı təmizləyərək Sadiqgilə getdim. Lakin Sadiq evdə olmadı. Mehmangilin darvazasının qarşısından keçən zaman isə elə onun özünə bu hərəkətlərə son qoymasını deməyi düşündüm.

Mehmangilin evinə girmədim. Saat təxminən 14-15 radələri olardı. Qapını döyərək Mehmanı çağırdım. Mehman qapıya çıxandan sonra ona etdiyi hərəkətlərə son qoymasını demək istədim. Bu zaman o, məni söyməyə və təhqir etməyə başladı. Daha sonra cibindən kirli bir bıçaq çıxararaq məni öldürəcəyini dedi. Mən də özümü qorumaq üçün cibimdəki mətbəx bıçağını çıxardım. Ancaq Mehmanı nəinki öldürmək, vurmaq fikrim də yoxudu.

Mehman mənə bıçaqla xəsarət yetirməyə cəhd etdiyi üçün onun göbək nahiyəsindən aşağıya bir bıçaq zərbəsi vurdum. Bu zaman əlindəki bıçaq yerə düşdü. Mən də həkim çağırmaları üçün qolundan tutaraq onu darvazadan içəri apardım və oradan getdim.

Mən Mehmanın yanından gedəndə o, sağ idi. Üzərimdə telefon olmadığı üçün təcili yardım çağıra bilmədim.
Mehmanın qohumlarının mənə xəsarət yetirəcəyini ehtimal etdiyim, məni öldürəcəklərindən qorxduğum üçün hadisədən sonra heç kimi səsləmədim.

Mehmana kömək etmədim və hadisə yerindən uzaqlaşdım. Lakin mağazanın yanında dayanmış cavanlara Mehmanla davamızın düşdüyünü, bıçaqla ona xəsarət yetirdiyimi dedim və kömək üçün onun yanına getmələrini xahiş etdim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Təvəkkül 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov
Seçilən
7337
7
teleqraf.com

8Mənbələr