"Qalatasaray" qış transfer pəncərəsi zamanı komandanı gücləndirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, "sarı-qırmızılar" zədələnən İcardinin boşluğunu doldurmaq üçün işlərini davam etdirir.
"Cimbom" həm Osimhen ilə yanaşı oynaya biləcək, həm də ehtiyatda qalmağı problem etməyəcək bir hücumçu axtarır.
"Qalatasaray" "Malmö" komandasının 24 yaşlı ulduzu Erik Botheimi mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.
Botheim keçən mövsüm aralıq transfer dövründə qoşulduğu "Malmö" ilə 30 oyuna çıxıb. Ulduz futbolçu bu qarşılaşmalarda 12 qol vurdu.