AZ

Volkan Coşqun: "Bakıya hərbi, kənd təsərrüfatı və tibbi meteorologiya sahələrində dəstək verdik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Meteoroloji fəlakətlərin sayı və şiddəti günü-gündən artır. Türkiyə meteoroloji fəlakətlərdən əhəmiyyətli dərəcədə təsirlənir. Təbii ki, meteoroloji fəlakətlərdən təsirlənməmək üçün erkən xəbərdarlıq sistemləri böyük əhəmiyyət kəsb edir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Hidrometeorologiya Xidmətinin rəisi Volkan Mutlu Coşqun deyib.
O, erkən xəbərdarlıq sistemlərini Türkiyədə qurduqlarını bildirib:
"Həmçinin, bu sistemlərin Türk Dövlətləri Təşkilatına üzv ölkələrə inteqrasiya olunması istiqamətində işlərə başlanılıb. Vətəndaşlarımızın can və mal itkisini minimuma endirmək əsas vəzifəmizdir. Biz bunun üçün 2053 ədəd müşahidə sistemi tədarük etmişik. Çünki proqnozlarda ilkin müşahidə çox önəmlidir. Biz hava proqnozlarında radarlardan və avtomatik meteoroloji müşahidə stansiyalarından istifadə edirik. Biz ani məlumatları alır, onları emal edir, meteoroloji fəlakətlər baş verməmişdən əvvəl aşkarlayır və bu erkən xəbərdarlıqları vətəndaşlarımıza çatdırırıq".
"Digər tərəfdən, son vaxtlar yanğınların da sayı artıb. Burada meteoroloji erkən xəbərdarlıq sistemi adlandırdığımız meusdan istifadə edirik. Meusda havanın temperaturu 40 dərəcəni keçər və ya 20 dərəcədən aşağı olarsa, eləcə də külək sürətlə əsəndə və ərazi yanğın üçün əlverişli olanda, yəni yanğın ehtimalı olan kimi bunu meşə təsərrüfatı təşkilatı ilə bölüşürük, hadisə yerində tədbir görərək yanğını söndürürük. Təbii ki, burada vətəndaşlar da diqqətli, məsuliyyətli olmalıdırlar", - deyə xidmət rəisi vurğulayıb.
O bu istiqamətdə Azərbaycanla əməkdaşlıqdan da danışıb:
"Azərbaycan bizim qardaş ölkəmizdir. Biz Azərbaycan üçün iqlim proqnozları ilə bağlı araşdırmalar apardıq və hərbi, kənd təsərrüfatı və tibbi meteorologiya sahələrində ciddi dəstək verdik. Azərbaycandakı Meteorologiya Xidmətindən olan qardaşlarımıza Türkiyədə təhsil verir, buradan da mütəxəssislər göndəririk. Ən yaxşı hava proqnozlarını təmin etmək üçün əlimizdən gələni etməyə çalışırıq. Azərbaycan da Türkiyə kimi meteoroloji fəlakətlərdən təsirlənir. Biz radarlarımızı, avtomatik meteoroloji müşahidə stansiyalarımızı, ildırımvurma və izləmə sistemlərimizi, bütün müşahidə sistemlərimizi və texniki heyətimizi qardaş Azərbaycana göndəririk. Biz hər zaman qardaş Azərbaycanın yanındayıq".
Mərahim Nəsib
Seçilən
16
1
oxu.az

3Mənbələr