ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp nəqliyyat naziri vəzifəsinə keçmiş konqresmen Şon Daffinin namizədliyini irəli sürdüyünü açıqlayıb.Yeni dövrdə yaradacağı kabinet üçün təyinatlarını elan etməyə davam edən Tramp, məsələ ilə bağlı özünün sosial media platforması olan "Truth Social"da açıqlama verib.Açıqlamada Tramp “Keçmiş Viskonsin konqresmeni Şon Daffinin nəqliyyat naziri vəzifəsinə namizədliyini elan etməkdən məmnunam” deyib.Daffinin karyerasına Viskonsin dairəsinin prokuroru kimi başladığını və daha sonra Viskonsin ştatının 7-ci Konqres Dairəsi üzrə ABŞ Nümayəndələr Palatasına seçildiyini qeyd edən Tramp, Daffinin Konqresdəki xidməti zamanı işini də misal çəkib.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta