AZ

Mütəxəssislər xəbərdarlıq edir: Oturmaq olmaz

Yeni araşdırmalar göstərir ki, bütün gün masa arxasında oturmaq ürək xəstəliyi riskini artırır.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, hətta asudə vaxtlarada idmanla məşğul olmaq belə, bu riski azaltmır. Bostondakı Brigham  xəstəxanasının kardioloqu professor Ezim Ajufo bildirib ki, onun araşdırması həddindən artıq oturaq həyatdan uzaq durmağı məsləhət görür. Amma professor onu da əlavə edib ki, uzun müddət oturaq insanın ara-sıra idman etməsi onun sağlamlığı üçün mənfi nəticələrə səbəb olur. Amerikalı daha bir kordioloq  Keith Diaz çox oturmağın sağlamlq üçün zərərli olduğunu bildirib və oturaq həyatdan idmana keçən insanlarda ürək xəstəliyinin çoxalma ehtimalını irəli sürüb. Həkimlər bir həftə ərzində akselerometr taxan 90.000-ə yaxın insanın məlumatlarına baxıb və onların oturaq və aktiv vaxtlarını sonrakı illərdə insult, infarkt və ürək çatışmazlığı kimi xəstəliklərin diaqnozu ilə müqayisə ediblər. Keith Diaz bildirib ki, biz, mümkün qədər  gündə 10,6 saatdan çox oturmaqdan çəkinməyi tövsiyə edirik:”Bu, çətin və sürətli hədd deyil, lakin biz bunun təlimatlar və ictimai sağlamlıq müdaxiləsi üçün ağlabatan ilk addım olduğunu düşünürük.”

Tədqiqat həm də müşahidə xarakteri daşıyır, bu, o deməkdir ki, təkcə oturma ürək xəstəliyinin səbəbi deyil. Diaz əlavə edib ki, əzələlərin aktivliyi  qanda şəkər və yağın səviyyəsini  tənzimləmək üçün çox vacibdir.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
10
konkret.az

1Mənbələr