“Yadda saxlamalıyıq ki, müharibə Rusiyanın Ukraynaya növbəti təxribatsız işğalı ilə başladı”.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ dövlət katibinin Qərb yarımkürələri üzrə köməkçisi Brayan Nikols “O Globo” qəzetinə müsahibəsində deyib.
O, ABŞ-nin Rusiyaya hücum etmək üçün Amerika istehsalı olan uzaqmənzilli raketlərdən istifadə etməyə Ukraynaya icazə verib-verməməsinə dair sualı cavablandırıb.
“Rusiya öz qoşunlarını Ukraynadan çıxarsa və Ukrayna sərhədlərinə hörmət etsə, Ukraynadakı münaqişə elə indi başa çata bilər. Həmişə belə olub. Prezident Baydenin Ukraynaya istifadə icazəsi verdiyi silahlar ona özünü müdafiə etmək üçün daha çox imkan verəcək.
Ümid edirik ki, Rusiya Federasiyasına Ukrayna ərazisini ələ keçirmək üçün gücdən istifadənin qəbuledilməz olduğunu başa düşəcək. Ola bilsin ki, Rusiya sülh danışıqlarına başlayacaq və ya daha yaxşısı, sadəcə olaraq Ukrayna ərazisini tərk edəcək”, - deyə rəsmi qeyd edib.