AZ

COP29-da təmiz enerjinin əldə edilməsi və iqlimə vurulan zərər müzakirə edilib

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) səkkizinci günündə Yaşıl Zonada panel müzakirə təşkil edilib.

Oxu.Az xəbər verir ki, Dayanıqlı Enerji üzrə Biznes Şurasının təşkilatçılığı ilə keçirilən "Təmiz enerjinin faydalarının genişləndirilməsi: icma iştirakçılığı və gələcək nəsil işçi qüvvəsinin inkişafı" panelində təmiz enerjinin əldə edilməsi və iqlimə vurulan zərərin həlli istiqamətində həyata keçirilməsi zəruri fəaliyyətlər müzakirə edilib.

Paneldə məruzə ilə çıxış edən "Edison International" şirkətinin prezidenti və baş direktoru Pedro Pizarro, "Southern Company" şirkətinin tədqiqat və inkişaf üzrə baş vitse-prezidentdi Mark Berri, Böyük Britaniyada fəaliyyət göstərən, bərpaolunan enerji və yaşıl texnologiyalara sərmayə qoyan "National Grid" kompaniyasının direktoru Rhian Kelli və digər şəxslər təmiz enerji və iqlim həllərinin tətbiqi yollarını dəyişdirmək üçün həm dövlət, həm də özəl sektorlar tərəfindən həyata keçirilən təcrübələr haqqında məlumat veriblər.

Pedro Pizarro vurğulayıb ki, hazırda istehsalla məşğul olan şirkətlərin qarşısında qoyulan ən birinci tələblərdən biri istehsal prosesində karbon qazının məhdudlaşdırmaqdır.

Paneldə müxtəlif icmalarda tətbiq edilmiş təcrübələr, tələb olunan texniki təcrübə növləri və enerji keçidinin faydaları barədə çıxışlar edilib.

Seçilən
4
ekologiya.az

1Mənbələr