AZ

İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - HƏBS OLUNDU

İkisi təqaüdçü olmaqla dörd nəfəri piramida şəbəkəsinə cəlb edən “Defanti Team” MMC-nin filial müdiri həbs edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Talıbov Fikrət Şakir oğlu barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Belə ki, “Defanti Team” şirkəti Binəqədi rayonu ərazisində yerləşən “Xəzər Plaza”nın 6-cı mərtəbəsində fəaliyyət göstərib.

Fikrət Talıbov müştərilərə söz verib ki, ona verəcəkləri pulu şirkət vasitəsilə Rusiyada yerləşən restoranlara investisiya olaraq qoyacaq. Oradan gələn gəlirdən isə həm müştəri, həm də şirkət hər ay pul qazanacaq.

Bu niyyətlə zərərçəkmişlərin birindən 25 min 840, birindən 11 min, birindən 10 min 200, sonuncudan isə 3 min 400 manat alıb.

Onun əməlindən başqa əziyyət çəkənlərin də olduğu istisna edilmir. Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq davam edir.

Aldanıb 25 mindən çox pulunu itirən zərərçəkmişin 70 yaşı var. Ahıl qadın şəhərdə təmizlikçi işləyir.

Bizim.Media

Seçilən
3
5
bizim.media

5Mənbələr