Cənubi Koreya Paris Sazişinin 6-cı maddəsinə əsasən, xarici ölkələrdə layihələr həyata keçirmək üçün üzvi tullantıların idarə olunması texnologiyasından və təcrübəsindən yararlanmağı planlaşdırır.
"EDnews" xəbər verir ki, bunu Cənubi Koreyanın ətraf mühit naziri Kim Vansup (Kim Wansup) COP29 çərçisində keçirilən "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması" möмzusunda tədbirdə deyib.
O bildirib ki, Cənubi Koreya ötən il 2030-cu ilə qədər Metan Emissiyasının Azaldılmasına dair Yol Xəritəsini təqdim edib: "Bu yol xəritəsinə əsasən, qida tullantılarının azaldılması üçün tədbirlər işlənib hazırlanır, üzvi tullantılardan bioqaz istehsalının təşviqi, metan ölçmə, hesabat və yoxlama sisteminin gücləndirilməsi kimi bütün səylər səfərbər edilir. Həmçinin bu ilin iyun ayında Milli Bioqaz Strategiyasını elan etdik. Bu strategiya dövlət və özəl sektorda böyük miqdarda üzvi tullantıları emal edən obyektlər üçün bioqaz istehsalı hədəflərini müəyyən edir və bioqaz qurğularının quraşdırılmasına subsidiyaların verilməsinin vacibliyini göstərir".
Nazir qeyd edib ki, bu səylər vasitəsilə qalıq yanacaqları əvəz etməklə həm metan, həm də ümumi istixana qazı emissiyalarının azaldılması proqnozlaşdırılır: "Hər il 1 milyon ton istixana qazlarının azaldılması nəzərdə tutulub və üzvi tullantılardan əldə edilən bioqazdan istifadə etməklə, qlobal istixana qazlarının azaldılması səylərinə töhfə verəcəyik".