Qətər Xarici İşlər Nazirliyi HƏMAS-ın Dohadakı ofisinin bağlanmadığını bildirib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.
Onun sözlərinə görə, HƏMAS liderləri hazırda Dohada deyillər:
"Lakin hərəkatın ofisi bağlı deyil" - o, əlavə edib.
Qeyd edək ki, daha əvvəl HƏMAS-ın ofisinin Türkiyəyə köçdüyü barədə məlumat yayılsa da sonradan təkzib olunmuşdu.