“Ağ Ev Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə verib”.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Qərb yarımkürəsi üzrə müavini Brayan A.Nikols məlumat verib.
O, münaqişənin Rusiyanın Ukraynaya əsassız müdaxiləsi ilə başladığını vurğulayıb.
Onun sözlərinə görə, bu müharibənin nə qədər davam edəcəyinə nəzarət edən Rusiyadır və münaqişəyə son qoymaq qərarı tamamilə onun hərəkətlərindən asılıdır.
"Rusiya qoşunlarını Ukraynadan çıxarsa və sərhədlərinə hörmət etməyə başlasa, müharibə elə indi başa çata bilər", - deyə Nikols əlavə edib.
O, qeyd edib ki, bu addım Rusiya Federasiyasını öz hərəkətlərinin uğur qazanmayacağını başa düşməyə vadar edəcək və ya sülh danışıqlarına başlamağa, ya da sadəcə olaraq qoşunları Ukraynadan çıxarmağa sövq edəcək.
Daşqın HəsənovMissiya.Az