AZ

Kreml yenidən dünyanı nüvə silahı ilə təhdid edir...

 
"Rusiya ölkənin suverenliyi və ərazi bütövlüyü üçün təhlükə olacağı təqdirdə nüvə silahından tətbiq etmək hüququnu özündə saxlayır..."
 
Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinası Qərbin Ukraynada Rusiyaya qarşı qeyri-nüvə raketlərindən istifadə edəcəyi təqdirdə nüvə cavabının mümkünlüyünü nəzərdə tutur.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Məlumatı "rg.ru" nəşri yayıb.
 
"Söhbət Rusiya Federasiyasının nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin Əsaslarında Rusiya Federasiyasının ona və (və ya) İttifaq Dövlətinin iştirakçısı kimi Belarusa qarşı onların suverenliyi və ərazi bütövlüyünə kritik təhlükə törədən adi silahın tətbiq edilməsilə təcavüz ediləcəyi təqdirdə nüvə silahının tətbiq edilməsi hüququnu özündə saxlamasından gedir", - Peskov bəyan edib.
 
"Bəli, bu barədə deyilir", - o, jurnalistlərin Qərb raketlərindən Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilməsinin Rusiya tərəfindən qeyri-nüvə dövlətinin nüvə dövlətinin dəstəyi ilə hücum elementi kimi nəzərdən keçirməsi və bunun Rusiya tərəfindən nüvə silahının tətbiq edilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.
 
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden prezidentlik müddətinin sonunda ATACMS ballistik taktiki raketlərindən Rusiya ərazisinə zərbələrə qadağanı aradan götürüb.
 
Bununla bağlı Dmitri Peskov əvvəlcə dişsiz bəyanat verib, bunun Rusiya üçün "keyfiyyətçə yeni eskalasiya" demək olduğunu vurğulayıb. Bu gün, noyabrın 19-da prezident Vladimir Putin nüvə doktrinasının yeniləndiyini bəyan edəndən sonra o, dünyanı yenidən nüvə silahı ilə təhdid edib.
 
Bundan öncə xəbər verildiyi kimi, Vladimir Putin "Rusiya Federasiyasının nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin Əsaslarının təsdiq edilməsi" barədə fərman imzalayıb və noyabrın 19-da dərc edilib. Fərman qüvvəyə minib. 
 
Bu fərman ölkənin və müttəfiqlərinin suverenliyi və ərazi bütövlüyü üçün təhlükə olacağı təqdirdə nüvə silahının preventiv tətbiq edilməsi hüququnu təsbit edir.
 
Doktrinada qeyd edilir ki, nüvə silahl ölkənin suverenliyinin müdafiəsi üçün sonuncu tədbirdir. Lakin yeni hərbi təhlükə və risklər səbəbindən Rusiya onun tətbiqinin bəzi parametrlərini dəqiqləşdirməli olub. 
 
Belə ki, istənilən qeyri-nüvə dövləti tərəfindən, lakin nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə törədiləcək təcavüz onların Rusiyaya birgə hücumu hesab ediləcək.
Seçilən
6
moderator.az

1Mənbələr