Şüşəni sındırıb 200 minlik oğurluq etdilər - VİDEO
Türkiyənin Qaziantep şəhərində mebel mağazasının şüşələrini sındıraraq içəri girən 3 maskalı şəxs 3,5 milyon TL (təxminən 200 min manat) dəyərində malları yük maşınına yükləyərək qaçıb. Manset.az bu barədə türk mediasına istinadən xəbər verir. Şübhəlilər mağazadakı televizor, paltaryuyan, qabyuyan maşın, mobil telefon və elektrik cihazlarını oğurlayıblar. Oğurluq hadisəsi iş yerinin təhlükəsizlik kamerasına düşüb. Mağaza sahibi İslam Özaltun təhlükəsizlik kamerası qeydlərini polisə təhvil verib və şikayət edib. Ətraflı videomaterialda: