AZ

49 yaşlı Şarliz Teronun gözəllik sirri: Həftədə 2 dəfə...

Yaşına meydan oxuyan görünüşü ilə hər zaman diqqət çəkməyi bacaran dünyaca məşhur aktrisa Şarliz Teron gənc görünüşünün sirrini açıqlayıb.

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, o, hər zaman dərisinə qulluq etdiyini və cibə münasib yollara əl atdığını deyir.

49 yaşlı aktrisa insanların çoxunun gündəlik etdiyi hər gün duş qəbul etmək fikrinə qarşıdır. O hesab edir ki, hər gün duş qəbul etmək dərini qurudur və saçların daha tez və  çox yağlanmasına səbəb olur.

"Mən bir həftə duş qəbul etmirəm və bu mənim üçün yaxşıdır" – o deyir.

Gözəl aktrisa dəriyə qulluqun əsas elementlərindən biri kimi gördüyü günəş kremindən istifadəni heç vaxt unutmur:

“Günəşə məruz qalmamaq dərimi uzun müddətdə qoruyur”.

Saçlarına və qaşlarına da həftədə 2 dəfə gənəgərçək yağı çəkən Ş.Teron bunun saçlarını qidalandırdığını və daha dolğun görünüş verdiyini söyləyib.

Teron qeyd edir ki, o, gözəllik sirrini bahalı məhsullarda deyil, sadə və praktik qulluq vərdişlərində axtarır. 

Şişirdilmiş addımlardan daha çox ümumi qulluq vərdişlərinə sadiq qalan məşhur aktrisanın sözlərinə görə, sadə, lakin təsirli addımlar gözəlliyin ən vacib elementləridir.

Seçilən
31
2
seherxeber.org

3Mənbələr