Reallıq budur ki, dünya əhalisi kəskin şəkildə artmağa davam edir və bu sayın 10 milyard insana çatacağı təqdirdə bu artım dünya əhalisinin qidalanması üçün kolossal ərzaq problemindən xəbər verir. Bunun tezliklə baş verəcəyi proqnozlaşdırılır ki, bu da kənd təsərrüfatı istehsalının əvvəllər olduğundan daha yüksək sürətlə xeyli dərəcədə artmasını tələb edir. Bu barədə noyabrın 19-da ABŞ-ın kənd təsərrüfatı naziri Tomas Vilsak COP29 iqlim konfransında Turan-ın suallarını cavablandırarkən bildirib.
"Daha çox istehsal etmək üçün innovasiyalardan, elmdən istifadə etməliyik. İqlimin dəyişdiyini nəzərə alsaq, bu, problemin həllini daha da çətinləşdirir", - o “Müasir dünyada kənd təsərrüfatına və bütövlükdə ekologiyaya ən ciddi təhdidlər hansılardır?” sualının cavabında deyib.
Qidanın əhəmiyyətli bir hissəsinin insanlar üçün bu və ya digər şəkildə zərərli olduğu barədə fikir nə dərəcədə ədalətlidir? Geni dəyişdirilmiş məhsulların (GMO) istifadəsini məhdudlaşdırmaq lazımdırmı?
Bu sualları cavablandıran Vilsack deyib ki genetik cəhətdən dəyişdirilmiş strategiyalardan genlərin redaktəsinə keçid daha çox dayanıqlılıq, pis şəraitdə kənd təsərrüfatı bitkilərinin daha çox istehsalı üçün mexanizmdir.
"Vəzifə ondan ibarətdir ki istehlakçılara nə aldıqlarını bilmək imkanı verilsin, həm də bu texnologiyanın təkcə imkanı olanlar üçün yox, həm də kiçik fermerlər üçün əlçatan olması təmin edilsin. Və o zaman adamlar seçim edə biləcəklər" o deyib.
Beynəlxalq sistemə uyğun, riskli olmayan tədqiqatlar aparılmalıdır.
"Bu o deməkdir ki, bəzilərinə görə GMO üçün yer var, amma hamı üçün deyil. Metan istehsalının məhdudlaşdırılmasını başa düşməklə heyvandarlıq sənayesi üçün yer var. Bitki zülalları üçün yer var. Bütün bunlara ehtiyacımız olacaq, biz adamları təşviq etməliyik, çünki çağırış olduqca ciddidir. Əgər biz bu çağırışa cavab verə bilməsək, çox dramatik olacaq, münaqişələrə və xaosa səbəb olacaq", - ABŞ-ın kənd təsərrüfatı nazir deyib.