AZ

Santuşun şəxsi istəyi ilə “Beşiktaş”ın kadrı Bakıya gəldi

Azərbaycan millisinin baş məşqçi Fernando Santuşun daha bir problemi həll olunub.

Bundan sonra portuqaliyalı məşqçinin mətbuat konfranslarında söylədiklərini “Neftçi”dən tanıdığımız Vüqar Əliyev tərcümə edəcək.

Santuş fikirlərinin dəqiq və düzgün formada çatdırılmasının vacibliyini AFFA rəsmilərinə çatdırandan sonra bu yöndə axtarışlara başlanıb və qərara alınıb ki, bu işə təcrübəli poliqlot cəlb olunsun.

AFFA-nın mətbuat katibi Elnur Məmmədli Sportinfo.az-a verdiyi açıqlamada baş məşqçinin şəxsi və mətbuat konfranslarındakı tərcüməçisinin fərqli adamlar olduğunu bildirib:

“Beşiktaş”dan tərcüməçi cəlb olunub. O, məşq proseslərində və oyun zamanı texniki zonada olacaq.

Mətbuat konfranslarında isə “Neftçi”də çalışan Vüqar Əliyev kömək edəcək”.

Gördüyünüz kimi, Santuş özü ilə Azərbaycana təkcə köməkçi-məşqçilər yox, həm də Türkiyədə çalışdığı dönəmdən tanıdığı dilbilən də gətirib.

Görəsən, türkiyəli kadra nə qədər maaş verilir?

HƏBİB

Seçilən
23
sportinfo.az

1Mənbələr