2024-cü ilin doqquz ayı (yanvar-sentyabr) ərzində Azərbaycanda 69,6 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 92,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yeni açılan iş yerlərinin 77,4 faizi Bakının, 2,3 faizi Naxçıvan Muxtar Respublikasının, 20,3 faizi digər regionların, o cümlədən 4,3 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 2,5 faizi Gəncə-Daşkəsən, 2,0 faizi Lənkəran-Astara, 1,9 faizi Şirvan-Salyan, 1,7 faizi Qarabağ, 1,3 faizi Qazax-Tovuz, 1,2 faizi Şəki-Zaqatala, 1 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,5 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılan iş yerlərinin 11,9 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 87,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Vasif
Sfera.az