AZ

"Falcon Finance"ın istiqrazlarını 2 investor əldə etdi - HƏRRACIN NƏTİCƏSİ

19 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında "Falcon Finance" BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Marja Birjaya istinadən xəbər verir ki, 400 min manat həcmində olan istiqrazlara 2 investor 2 sifariş təqdim edilib. İstiqrazların tam məbləği yerləşdirilib. 

İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:

Emitentin adı: "Falcon Finance" BOKT MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002025321

İstiqrazların növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi / Birqiymətli

İstiqrazların sayı: 400 (ədəd)

İlkin ticarət qiyməti: 1 000 manat

İstiqrazların buraxılış həcmi: 400,000 manat

İllik gəlirlilik faizi: 15%

Hərrac qiyməti: 1,000 manat

İstiqrazların reallaşdırılmış həcmi: 400 000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 400 000 manat

İnvestor sayı: 2

Sifariş sayı: 2

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 30 (otuz) gündən bir

Tədavül müddəti: 18 ay

Anderrayter: “PSG-Capital İ.Ş” ASC

Seçilən
13
marja.az

1Mənbələr