AZ

Tualetdə 10 dəqiqədən çox oturmayın -  Həkimdən çağırış

Tualetdə Tualetdə 10 dəqiqədən çox oturmayın -

Uzun müddət tualetdə oturmaq hemoroidin inkişafına səbəb olur.

E-saglam.az xəbər verir ki, onkoloq və kolorektal cərrah Lai Xue və qastroenteroloq Lance Uradomo ilə birlikdə CNN-ə jurnal və ya smartfonla tualetdə oturmaq vərdişinin bu və digər təhlükələrindən danışıb.

Xue insanları tualetdə 10 dəqiqədən çox vaxt keçirməməyə çağırdı ki, bu da adətən bağırsaqlarını və ya sidik kisəsini boşaltmaq üçün kifayətdir. Onun sözlərinə görə, tualetdə qalmaq vərdişi hemoroid xəstəliyinin yaranma riskini artırır. Həkim bunun səbəbinin tualet oturacağının omba nahiyəsinə təzyiqinin bu nahiyədə qan dövranına təsir etdiyini bildirib. Buna görə çanaqdakı damarlar genişlənir və qanla doldurulur, bu da anus ətrafındakı həssas bölgəyə axır.

Tualetdə oturmaq vərdişi, çanaq nahiyəsinin əzələlərinin zəifləməsinə səbəb olur və potensial olaraq rektal prolapsa səbəb ola bilər.

Qastroenteroloq Uradomo əlavə edib ki, bağırsağın boşaldılması üçün tualetdə çox vaxt keçirmək zərurəti bağırsaq xərçənginin əlaməti ola bilər: "Əgər yoğun bağırsağın içindəki şiş kifayət qədər böyük olarsa, nəcisin qarşısını ala bilər, bu da qəbizlik və qanaxmaya səbəb ola bilər".

Bağırsaq hərəkətləri ilə bağlı probleminiz varsa, həkimlər tualetdə oturmaqdansa, 10 dəqiqədən sonra cəhd etməyi dayandırmağı tövsiyə etdi. Bunun əvəzinə, bağırsaq hərəkətini stimullaşdırmaq üçün bir az gəzməyi təklif etdilər. Xue həmçinin yulaf və lobya kimi yüksək lifli qidaları daxil etməyi və daha çox maye içməyi tövsiyə etdi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
15
e-saglam.az

1Mənbələr