AZ

“Pensiya fonduna 8 milyon borcları var, hesablarına baxmaq lazımdır”

“Dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitdə ötən illə müqayisədə 1 milyon manat artım var. Bu, təqdirəlayiqdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Düşünürəm ki, gələcəkdə bunu yenidən artırmaq mümkün olacaq. Lakin bir problem var. Bələdiyyələrin sayının azaldılması ilə bağlı qərar qəbul etdik. Noyabrın sonunda bələdiyyə seçkiləri elan ediləcək. 1606 bələdiyyədən say 685-ə düşdü. Yəni, bələdiyyələr birləşdi. Lakin təəssüf ki, 1300 bələdiyyənin pensiya fonduna 8 milyon borcu var. Onların hesabı bağlıdır. Onlar bu borcu yeni bələdiyyələrə gətirir. Hesab edirəm ki, həmin bələdiyyələrin hesablarına baxmaq lazımdır”, - deyə S.Novruzov bildirib.

Nuranə Daxilqızı

Seçilən
8
6
qafqazinfo.az

9Mənbələr