"Barselona"nın prezidenti Joan Laporta futbolçusu Lamin Yamala PSJ-dən təklif gəlməsi haqqında danışıb.
QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, Fransa klubu 17 yaşlı hücumçu üçün 250 milyon avro təklif edib.
Joan Laporta isə bu təklifi nəzərdən keçirmədiklərini deyib: "
“Biz bu təklifi heç vaxt nəzərdən keçirməmişik. Yamal Mbappe üçün ideal əvəzedicidirmi? Ola bilər. Pulun və onu xərcləmək imkanın olduqda, hər kəsi almağa cəhd edə bilərsən”.
Qeyd edək ki, bu mövsüm Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 6 qol vurub və 8 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.