Aİ Gürcüstan hökumətinə maliyyə dəstəyini dayandırdı
Aİ diplomatiyasının rəhbəri Josep Borrell Avropa İttifaqının Gürcüstan hakimiyyətinə maliyyə dəstəyini ləğv etdiyini açıqlayıb. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. "Biz Avropa Sülh Fondu vasitəsilə yardımı ləğv etdik. Hökumətə ayrılan 120 milyon avroluq yardım da dayandırılıb. Bu vəsait vətəndaş cəmiyyətinə və birbaşa əhaliyə dəstək proqramlarına yönəldiləcək", - Borrell Brüsseldə mətbuat konfransında deyib.