AZ

Livan ABŞ-nin təklif etdiyi atəşkəs sazişini QƏBUL ETDİ

Livan və Hizbullah qrupu ABŞ-nin təklif etdiyi atəşkəs sazişi layihəsini qəbul edib.

 

Sfera.az xəbər verir ki, bunu parlament sədri Nəbih Berrinin köməkçisi Əli Həsən Xəlil deyib.

 

Rəsmi məlumata görə, Livan bazar ertəsi ABŞ-nin Beyrutdakı səfiri Liza Consona yazılı cavabını təqdim edib. Xəlil növbəti addımların tamamilə İsraildən asılı olduğuna işarə edərək, atəşkəsin təmin edilməsi üçün davam edən səyləri indiyədək ən əhəmiyyətli və ciddi addım kimi xarakterizə edib.

 

O, əlavə təfərrüatlara yer verməyib.

 

Bundan əvvəl Livanın Baş naziri Nəcib Mikati bəyan etmişdi ki, ölkə hakimiyyəti indi sazişin şərtlərini tezliklə Beyruta səfəri gözlənilən ABŞ emissarı Amos Hokşteynlə müzakirə edəcək.

 

Firuzə Əliyeva

Seçilən
26
19
sfera.az

10Mənbələr