"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Atletiko"ya rəhbərlik edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, “matrasçılar”ın rəhbərliyi komandanın hazırkı baş məşqçisi, 2011-ci ildən bu postu tutan Dieqo Simeonenin gedişi halında Kloppu prioritet namizəd kimi seçib.
Klopp bu yay "Liverpul"dan ayrılıb. O, yanvarın 1-dən "Red Bull"un futbol sahəsi üzrə direktoru olacaq.
O, karyerası ərzində Almaniyada "Borussiya Dortmund" və "Maynts"ı da çalışdırıb.