AZ

Deputat xaricdə təhsilə pul ayrılmasına QARŞI ÇIXDI

Xaricdə oxuyan tələbələrə 570 milyon manat ayrılmasına əleyhinəyəm.

Modern.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

"Tibb sahədə bunun nəticələrini görə bilirik. Lakin digər sahələrin hamısına bu qədər məbləğin ayrılmaısının əleyhinəm. Həmin vəsaitlərin bir hissəsi ölkəmizdəki universitetlərə ayrılmalıdır. Yoxsa gedib xaricdə ingilis, fransız dilində öyrənmək üçün bu qədər vəsaitin ayrəılmasına ehtiyac yoxdur. Tibb, kosmik sahələrə görə, bu qədər vəsait ayrıla bilər", - o qeyd edib.

Seçilən
4
1
modern.az

2Mənbələr