Fransa yığmasının oyunçusu İbraima Konate "xoruzlar"ın kapitanı Kilian Mbappenin komandada olmamasına şərh verib.
Offsideplus.az xəbər verir ki, bu barədə "This İs Anfield" məlumat yayıb. Təcrübəli müdafiəçi bunları söyləyib:
"Biz hamımız Mbappeni sevirik. O, bu ölkə üçün müstəsna bir futbolçudur. Onun etdiklərini və komandamız üçün etdiklərini heç vaxt unutmayacağıq".
Qeyd edək ki, Mbappe 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib. O, 48 qol vurub və 35 məhsuldar ötürmə verib.