AZ

FIFA-dan Türkiyə klubuna

FIFA Türkiyənin “Pendikspor” klubuna transfer qadağası tətbiq edib.Metbuat.az xəbər verir ki, qərarın səbəbi klubun külli miqdarda borcunun olmasıdır. Nəticədə, Türkiyənin I Liqasında çıxış edən “Pendikspor” 2026-cı ilin yayına qədər yeni futbolçuların transferini həyata keçirə bilməyəcək.

Xatırladaq ki, hazırda “Pendikspor” turnir cədvəlində 17 xalla 13-cü pillədə yer alır.

Seçilən
46
7
metbuat.az

10Mənbələr