AZ

Nazir müavini: "İqlim dəyişikliyi ilə mübarizədə ölkələrarası güclü tərəfdaşlıq olmalıdır"

İqlim dəyişikliyi ilə mübarizədə pul kifayət deyil, ölkələrarası güclü tərəfdaşlıq olmalıdır.

"Far.Az" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov COP29 çərçivəsində təşkil edilmiş "Qlobal məqsədlərdən yerli fəaliyyətlərə: davamlı aqro-ərzaq sistemlərinin gücləndirilməsi üçün regional təşəbbüslər" adlı tədbirdə bildirib.

"COP29 ölkələrin əməkdaşlığı üçün platformadır. İqlim dəyişikliyi torpağa, suya, qida istehsalına mənfi təsir göstərir. Onunla mübarizədə fermerlərin dəstəklənməsi xüsusilə önəmlidir. Bu baxımdan biz fermerləri bir sıra mexanizmlər vasitəsilə dəstəkləyir, onların inkişafı üçün subsidiyalar veririk", - deyə o qeyd edib.

Seçilən
14
far.az

1Mənbələr